Gəncədə yenicə çəkilən asfalt yolun taleyi çox uzun çəkmədi. Cəmi 20 gün ərzində “təzə” yol artıq bərbad vəziyyətdədir. Məşhur mahnıda deyildiyi kimi . Gəncənin yolları burma burmadı
Yenifikir.media xəbər verir ki, Yeni Gəncə qəsəbəsinin Bayan küçəsində, “Təndir Kürə” mağazasının yaxınlığında çəkilən asfalt sanki keyfiyyət yox, sürət testindən keçdi. Yolda iri çatlar, dərin çuxurlar yarandı və vəziyyət “əsl yol attraksionuna” çevrildl.
Bundan başqa, yeraltı su borusunun partlaması da asfaltın “ömrünü” daha da qısaldıb. Küçəyə axan su yolun üstünü yuyaraq buranı bataqlığa çevirib. Bu bərbad şərait nəticəsində bir nəfər artıq ayağından xəsarət alıb.
İndi isə gəncəlilərin gözləri aidiyyəti qurumların üzərindədir. Keyfiyyətli asfaltdan yol nə vaxt çəkiləcək. Sual hələlik cavabsız qalır.
Yol təmir olunandan sonra bəlkə gəncəlilər rahat şəkildə yoldan istifadə edə bildilər.
Qeyd edək ki, təqdim edəcəyimiz görüntü Gencexeber səhifəsində paylaşılıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

