Yenifikir.media bildirir ki, BMT Baş katibi Antonio Quterreş İsraillə Həmas arasında Qəzzadə atəşkəs planının ilk mərhələsinin qəbulunu məmnunluqla qarşılayıb.

O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın təklifi əsasında əldə olunan atəşkəs və girovların azad edilməsi razılaşması ümidvericidir. Quterreş, bu prosesə dəstək verən ABŞ-a, Qətərə, Misirə və Türkiyəyə təşəkkür edib.

Baş katib tərəfləri razılaşmaya əməl etməyə çağırıb və vurğulayıb ki, bütün girovlar azad edilməli, Qəzzaya humanitar yardım dərhal çatdırılmalıdır.

“Artıq əzabların bitmə vaxtıdır. İşğala son qoymaq və iki dövlətli sülh həllinə doğru addım atmaq lazımdır,” – deyə Quterreş bildirib.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir