UEFA Konfrans Liqasının 2-ci turunda “Şaxtyor” Donetsk evdə “Legia” Varşavaya 1:2 hesabı ilə uduzub. Oyundan sonra baş məşqçi Arda Turan bildirib ki, komanda matça zəif başlayıb və diqqətini itirib:
“‘Legia’nı təbrik edirəm. Biz oyunun əvvəlində çox yavaş idik və mübarizə əzmkarlığımız az idi.”
Turan ikinci hissədə gənc futbolçuların çıxışını yüksək qiymətləndirib:
“18-19 yaşlı oyunçularımız yaxşı oynadı, amma həlledici anlarda daha düzgün qərar verməyi öyrənməlidirlər. Məğlubiyyətin məsuliyyəti mənə aiddir. Qarşıdakı oyunlara diqqətimizi yönəldəcəyik.”
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

