“Real Madrid”in ulduz futbolçusu Arda Güler, İspaniya küçələrində velosiped sürərkən türk musiqisinin ustad sənətkarı Selda Bağcanın mahnılarını dinləyib. O, həmin anları “Instagram” hesabında paylaşaraq izləyicilər arasında böyük maraq yaradıb.
Yenifikir.media bildirir ki, sevilən sənətkar Selda Bağcan da bu paylaşıma biganə qalmayıb. O, Ardanın videosunu paylaşaraq yazıb: “Artıq mən də Real Madridliyəm.”
Arda Güler isə sənətkara cavab verib: “Biz də həmişə sizin pərəstişkarınızıq.”
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

