Masallı Rayon İcra Hakimiyyəti-nin başçısı Araz Əhmədov Öncəqala ərazisində şəhid Malikov Nurlan Dünyamalı oğlunun yenidən qurulmuş məzarını ziyarət edib. 18.02.2026Rayon rəhbərliyi şəhid ailələri, müharibə əlilləri və iştirakçılarını daim diqqətdə saxlayır, onların qayğı və problemləri ilə mütəmadi maraqlanır və yaranan çətinliklərin aradan qaldırılması istiqamətində mühüm addımlar atır.
Buna nümunə olaraq, şəhid Nurlan Malikovun anasının oğlunun məzarının yenidən qurulması istəyi nəzərə alınaraq, şəhidin məzarı bərpa olunub.
Məzarın ziyarəti Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, aparatın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadiyev, şöbə müdirinin müavini, Ərazi-təşkilat məsələləri sektorunun müdiri Nahid Həsənov, ərazi nümayəndəsi, bələdiyyə sədri, şəhid ailələri, din xadimləri, media nümayəndələri və digər vətəndaşların iştirakı ilə həyata keçirilib. Qəbirüstü abidənin önünə tər gül dəstələri düzülüb, şəhidin və bütün şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Eyni zamanda, rayon rəhbəri şəhidin atası Dünyamalı Malikovun məzarınıda ziyarət etmişdir.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.



© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

