Aralıq dənizi istiqamətindən hərəkət edən siklonun təsiri nəticəsində Azərbaycanda hava şəraiti kəskin dəyişib. Dekabrın 9-u axşamdan başlayan leysan yağışları 10-u gün ərzində daha da intensivləşərək 11-i səhərə qədər fasilələrlə davam edib.Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasovanın məlumatına görə, ölkənin şərq bölgələri və Abşeron yarımadası ən güclü yağıntı alan ərazilər olub. Abşeronda qeydə alınan yağıntının ümumi miqdarı 44 mm təşkil edib ki, bu da aylıq normanın 149%-inə bərabərdir.
Dağlıq rayonlarda – Kəlbəcər, Laçın, Qubadlı, Zaqatala və Şahdağda qar yağıb.
Proses müddətində ən çox yağıntı Qobustan və Biləsuvarda (31 mm), Şirvan və Neftçalada isə 28 mm səviyyəsində qeydə alınıb.
Mütəxəssislər hava şəraitinin dəyişkən olaraq davam edəcəyini bildirirlər.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

