Aqrar Sığorta Fondunun keçirdiyi təlimləri uğurla başa vuran və aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanına qeydiyyat başlanıb.

Qeydiyyat 1 dekabr saat 17:00-dan 11 dekabr saat 18:00-dək davam edəcək. İmtahan 19 dekabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) kompüter vasitəsilə keçiriləcək.

Namizədlər DİM-in internet saytında (http://ekabinet.dim.gov.az) “Şəxsi kabinet” yaradaraq “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanına onlayn qeydiyyat” xidməti vasitəsilə imtahana yazıla bilərlər. İmtahanda iştirak ödənişlidir və ödənilmiş məbləğ imtahanda iştirak etməyənlərə geri qaytarılmır.

İmtahan Aqrar Sığorta Fondu tərəfindən təşkil olunmuş təlim proqramını əhatə edən açıq və qapalı tipli test tapşırıqlarından ibarət olacaq. Maksimal 60 bal toplanıla bilər, 36 və daha yüksək bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab ediləcək və onlara müvafiq ekspert sertifikatı veriləcək.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir