Apple yeni smartfonlarını təqdim edib. Şirkət bu dəfə iPhone 17, 17 Pro, 17 Pro Max və ən nazik modeli iPhone 17 Air-i satışa çıxaracaq. Yenifkir.media xəbər verir ki,iPhone 17 – 6,3 düymlük ekran, 120 herzə qədər yenilənmə tezliyi, 3000 nit parlaqlıq, A19 prosessor, iki 48 MP arxa və 12 MP ön kamera ilə gəlir. Beş rəngdə təqdim olunur.

iPhone 17 Air – cəmi 5,6 mm qalınlıqla Apple-ın ən nazik telefonu sayılır. 6,5 düymlük titan korpus, 48 MP əsas kamera, 18 MP ön kamera və A19 Pro prosessorla təchiz olunub. Dörd rəngdə satışa çıxarılacaq.Yeni modellərin qiyməti təxminən 3207 manat təşkil edir.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir