Aparıcı Nigar Fərhadın rəhbəri olduğu “Aid Group” xaricdə təhsil şirkəti ilə bağlı dələduzluq iddiası var.Oxu.аz-a danışan şikayətçi Anar Hüsizadənin valideyni Nəsimi Hüsiyev qeyd edib ki, Nigar Fərhadın iştirakı ilə keçirilən konsultasiya zamanı onlara oğlunun Amerika və Avropa universitetlərinə qəbul prosesinin təşkil olunacağı vəd edilib.
Valideynin sözlərinə görə, bunun müqabilində 5 100 manat ödəniş alınıb:
“Lakin ödənişdən sonra hər hansı iş görülməyib. Şirkət bizə oğlumun Polşadan viza ala bilməyəcəyini deyərək müraciətimizi geri çəkməyi istədi. Ancaq əksinə, vizamız təsdiqləndi və övladım Polşada universitetə qəbul olundu. Şirkət isə heç bir sənəd toplamadı, prosesi başlatmadı”.
N.Hüsiyev qeyd edir ki, pulu geri tələb etdikdə şirkət məsələni yalnız vəkil vasitəsilə həll edə biləcəklərini deyib:
“Nə ödənişi qaytardılar, nə də işimizə baxdılar. Hazırda şirkət zənglərə cavab vermir. Ofisə müraciət etdikdə isə digər vətəndaşların da oxşar problemlərlə üzləşdiklərini gördüm”.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin