Bazar günü Ankarada Türkiyə və Suriya rəsmilərinin iştirakı ilə təhlükəsizlik mövzusunda görüş keçiriləcək. Zirvədə iki ölkə arasında əməkdaşlıq və bölgədəki son vəziyyət müzakirə olunacaq. Görüşdə Türkiyəni Xarici İşlər Naziri Hakan Fidan, Müdafiə Naziri Yaşar Güler və MİT rəhbəri İbrahim Kalın, Suriyanı isə yüksək səviyyəli rəsmilər təmsil edəcək.
6 oktyabrda PKK/YPG-nin SDG qruplaşması Hələbin Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrinə hücum edib, nəticədə 3 nəfər həlak olub. 7 oktyabrda Suriya Müdafiə Nazirliyi SDG ilə şimal bölgələrdə atəşkəs razılaşmasının əldə olunduğunu açıqlayıb.
8 oktyabrda Suriya Xarici İşlər Naziri Əsəd Həsən Şeybani Ankarada Hakan Fidanla görüşərək Suriyanın bölünməsinə qarşı olduqlarını və “vahid dövlət, vahid ordu, vahid torpaq” prinsipini dəstəklədiklərini bildirib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

