Amerikanın “Bruklin Nets” klubundan Rusiyanın “Zenit” basketbol komandasına transfer olunan amerikalı basketbolçu Andre Roberson yerli mətbuata müsahibə verib. O, Yenifikir.media bildirir ki, basketbolçu etirafına bildirib ki,Rusiyaya gəlməzdən əvvəl qorxu və narahatlıq hissi keçirib.
“Siyasi vəziyyətə görə köçməzdən əvvəl tanışlarımla danışdım. Düzünü desəm, bir az narahat idim, nə gözləyəcəyimi bilmirdim,” — deyə basketbolçu bildirib.
Qeyd edək ki, bir müddət əvvəl “Zenit”in braziliyalı futbolçusu Artur da Rusiyaya köçməzdən əvvəl havanın daim soyuq olacağından qorxduğunu demiş, lakin komanda yoldaşlarının onu sakitləşdirdiyini söyləmişdi.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

