Ana Vətən Partiyasının mərkəzi ofisində partiyanın Yasamal, Səbail və Binəqədi rayon təşkilatlarının bir qrup fəalları ilə geniş tərkibli görüş keçirildi.

Görüşdə partiyanın sədri Fəzail Ağamalı, millət vəkili və partiyanın sədr müavini Günay Ağamalı da iştirak edib. Toplantıda partiya üzvləri cari siyasi vəziyyət, rayon təşkilatlarının fəaliyyətinin gücləndirilməsi və gələcək strateji planlar barədə fikir mübadiləsi aparıblar. Həmçinin, yerli ictimaiyyətlə əməkdaşlıq, sosial layihələrin təşkili və gənclərin siyasi aktivliyinin artırılması məsələləri müzakirə olunub.

Partiya rəhbərliyi fəalları maraqlandıran sualları cavablandıraraq, qarşıdakı dövrdə partiyanın fəaliyyətinin daha da genişləndirilməsi və cəmiyyət üçün faydalı təşəbbüslərin həyata keçirilməsi istiqamətində konkret tapşırıqlar verib.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir