Ana Vətən Partiyasının mərkəzi qərargahında Sabunçu, Nizami və Xəzər rayon təşkilatlarının fəal üzvlərinin iştirakı ilə geniş tərkibli toplantı keçirilib.

Görüşdə partiya sədri Fəzail Ağamalı, həmçinin millət vəkili, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi ilə İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, partiya sədrinin müavini Günay Ağamalı iştirak edərək rayon təşkilatlarının mövcud vəziyyəti və siyasi proseslərdə fəallığın artırılması ilə bağlı fikir və təklifləri dinləyiblər.

Toplantıda yerli təşkilatların fəaliyyətinin daha effektiv şəkildə təşkili, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, sosial layihələrin genişləndirilməsi və gənclərin partiya fəaliyyətinə daha fəal qoşulması istiqamətlərində müzakirələr aparılıb.

Partiya rəhbərliyi tədbir zamanı fəalları maraqlandıran sualları cavablandıraraq yaxın dövr üçün fəaliyyətin genişləndirilməsi və yeni layihələrin reallaşdırılması ilə bağlı konkret tapşırıqlar verib.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir