Ana Vətən Partiyasının 35 illiyi münasibətilə partiya sədri Fəzail Ağamalı geniş təbrik müraciəti yayıb. Yenifikir.media xəbər verir ki, Fəzail Ağamalı partiyanın yaranma tarixini xatırladaraq, Ana Vətənçiləri yubiley münasibətilə təbrik edib.
Fəzail Ağamalı bildirib ki, Ana Vətən Partiyasının təməli 35 il əvvəl xalqın müstəqillik uğrunda Sovet imperiyasına qarşı apardığı mübarizənin fəal iştirakçıları tərəfindən qoyulub. Onun sözlərinə görə, partiya ilk gündən “Vətənin layiqli övladları olacağıq” andına sadiq qalıb, çətinlik və məhrumiyyətlərə sinə gərərək, ölkənin müstəqilliyinə və dövlət quruculuğuna xidmət edib.
Partiya sədri qeyd edib ki, Ana Vətən Partiyası bu illər ərzində Ulu Öndər Heydər Əliyevin siyasi kursuna, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın güclənməsi, ərazi bütövlüyü və suverenliyinin təmin olunması istiqamətində dövlətçilik xəttinə dəstək göstərib.
Mesajında Fəzail Ağamalı vurğulayıb ki, dövlət və dövlətçilik uğrunda yürüdülən siyasi xətt hər hansı təxribatdan təsirlənməyəcək və partiya müqəddəs yoluna davam edəcək.
Sonda o, bütün Ana Vətənçiləri 35 illik yubiley münasibətilə təbrik edib, onlara sağlamlıq və fəaliyyətlərində uğurlar arzulayıb.

© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

