ABŞ Prezidenti Donald Tramp, Rusiyanın və Ukraynanın iştirakı ilə Alyaskada üçtərəfli sammitin keçirilməsi ideyasına müsbət yanaşır. Bununla belə, “Reuters” agentliyinə Ağ Evdəki mənbənin verdiyi məlumata görə, hazırda Amerika tərəfi Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşün hazırlıqları üzərində çalışır.
Yenifikir.media bildirir ki, Tramp daha əvvəl bildirib ki, 15 avqustda Alyaskada rusiyalı həmkarı ilə görüşməyə ümid edir. Danışıqların keçiriləcəyini Rusiya liderinin köməkçisi Yuri Uşakov da təsdiqləyib. Onun sözlərinə görə, Putin və Tramp “şübhəsiz ki, Ukrayna böhranının uzunmüddətli sülh yolu ilə həlli üçün mümkün variantların müzakirəsinə” diqqət yetirəcəklər. Uşakov əlavə edib ki, Kremlin gözləntisinə əsasən, iki prezidentin növbəti görüşü Rusiya ərazisində baş tutacaq.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin