15 avqust 2025-ci ildə ABŞ prezidenti Donald Tramp ilə Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında Alyaska ştatında keçirilən görüş dünya ictimaiyyətinin diqqət mərkəzində oldu. Danışıqlara qədər bu sammitdən böyük gözləntilər var idi. 

Görüşdən sonra məlum oldu ki, tərəflər arasında tam anlaşma əldə olunmadı.

Dünya ictimayyətinə ümüdverici strateji mesajlar və qarşıdakı dövr üçün mühüm siqnallar verildi .

 ABŞ prezidenti – Trampın dediyi kimi, “tam anlaşma yoxdur ; lakin şans yüksəkdir”. Tərəflər Ukraynada müharibənin dayandırılması istiqamətində real nəticə əldə etməsələr də ; dialoqu davam etdirmək barədə qarşılıqlı iradə nümayiş etdiriblər.

ABŞ tərəfindən əlavə sanksiyaların gündəmə gətirilməməsi və atəşkəs barədə ciddi öhdəlik qoyulmaması ; Rusiyanın mövqelərini nisbətən gücləndirir. 

ABŞ isə yalnız “növbəti görüşlər” və “ümumi ümidlər” vədi ilə kifayətləndi. 

 Son illərdə Avropa Birliyi ABŞ-ın siyasətinə uyğun olaraq — Rusiyaya qarşı sərt mövqe tuturdu. Lakin Alyaska görüşü göstərdi ki, Vaşinqton Moskva ilə dialoqu davam etdirmək niyyətindədir. 

Bu isə Aİ-də iki istiqamətin güclənməsinə səbəb ola bilər :

— Bir tərəfdən Baltikyanı və Şərqi Avropa ölkələri yenə də Rusiyaya qarşı sərt mövqedə qalacaqlar.

— Digər tərəfdən Almaniya, Fransa və İtaliya kimi dövlətlər iqtisadi və enerji maraqlarını nəzərə alaraq, Moskva ilə münasibətlərin yumşaldılmasına çalışacaqlar.

 Yəni , Avropa Birliyi daxilində fərqli mövqelərin daha da dərinləşməsi ehtimalı güclənir.

 Müşahidələr göstərir ki, Alyaska görüşündən sonra verilən açıqlamalara əsasən ; yaxın perspektivdə Ukraynada müharibənin tam dayandırılması gözlənilmir. Çünki: Rusiya hərbi üstünlüyünü itirmək istəmir;

ABŞ isə Ukraynanı dəstəkləmək siyasətindən geri çəkilə bilmir.

Tramp “biz qətliamı dayandırmaq istəyirik” desə də ; ortada konkret mexanizm və ya yol xəritəsi yoxdur. Bu reallıq onu deməyə əsas verir ki : yaxın aylarda müharibə davam edəcək ; amma həm Rusiya, həm də ABŞ münaqişənin nəzarətdən çıxmaması üçün diplomatik kanalları açıq saxlayacaqlar.

 Alyaska görüşü bir daha göstərdi ki, böyük güclər – ABŞ və Rusiya öz maraqlarını qorumaq üçün istənilən vaxt kompromisə gedə bilərlər. 

 Düşünürük ki, belə şəraitdə Azərbaycan və ümumilikdə Türk Dövlətləri üçün əsas strategiya belə olmalıdır :

1.Hər iki tərəflə neytral və balanslı mövqeni saxlamaq : 

— həm ABŞ, həm də Rusiya ilə beynəlxalq hüquqa söykənən münasibətləri qorumaq həyati əhəmiyyət daşıyır.

2. Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində ortaq mövqe formalaşdırmaq ; enerji, təhlükəsizlik və iqtisadi əməkdaşlığı gücləndirmək lazımdır.

 3. Özünün beynəlxalq nüfuzunu artırmaq üçün Azərbaycan müharibələrin dayandırılması, dialoqun təşviqi və sülh təşəbbüsləri istiqamətində diplomatik təşəbbüslərlə çıxış etməlidir.

   Görünən budur ki : Alyaska görüşündən sonra dünya enerji bazarında gərginlik davam edəcək. Azərbaycan bu şəraitdə həm Avropa, həm də Asiya ilə etibarlı enerji və nəqliyyat qovşağı kimi mövqeyini daha da möhkəmləndirməlidir.

Qəvami Sadıqbəyli.

Politoloq

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir