Rusiyaya məxsus PUA-ların Polşa və Rumıniya hava məkanını pozmasına Almaniya Xarici İşlər naziri Yohann Vadephul sərt reaksiya verib. O, “Putin bizi test edir, sülh danışıqlarından yayınır” deyərək NATO-nun şərq sərhədində müdafiənin gücləndirilməsini vacib sayıb.
Yenifikir.media bildirir ki,Vadephul hava hücumundan müdafiə sistemlərinin sürətlə yerləşdirilməsini təklif edib: “Yunanıstan və İspaniyadakı sistemləri şərqə göndərməyi ciddi düşünməliyik”.
Nazir Rusiyanın PUA-lardan geniş istifadə etdiyini, “Zapad” adlı böyük təlimə hazırlaşdığını vurğulayıb.
NATO Polşanın hava məkanının qorunması üçün əlavə addımlar atıb. Böyük Britaniya “Eastern Sentry” əməliyyatı çərçivəsində Polşaya Typhoon qırıcıları göndərəcəyini, onların Almaniya, Fransa və Danimarka ilə birgə uçuşlar edəcəyini açıqlayıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin