Almaniya xarici işlər naziri Yohann Vadephul bildirib ki, Türkiyə vasitəçi kimi çıxış edərək Qəzzədə tarixi atəşkəsin əldə olunmasına töhfə verib.
Vadephul qeyd edib ki, Türkiyə sülh planını dəstəkləyir, Həmas üzərində təzyiq göstərir və girovların azad olunması ilə bir neçə həftə əvvəl mümkünsüz görünən işlər həyata keçirilib.
O, həmçinin humanitar yardımın təmin olunmasının və uzunmüddətli sülh planlarının birlikdə icra edilməsinin vacib olduğunu vurğulayıb.
Vadephul Türkiyənin NATO üçün strateji tərəfdaş olduğunu, Rusiyanın Ukraynaya qarşı müharibəsinin Ankaradakı görüşlərin əsas mövzusu olduğunu və Türkiyənin Qara Dənizə çıxışda məsuliyyət daşıdığını qeyd edib.
O, Almaniya-Türkiyə əlaqələrinin güclü sosial və mədəni bağlarla möhkəmləndiyini də əlavə edib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

