Almaniya Kansleri Friedrich Mers bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskiylə telefon danışığında ondan Ukraynalı gənclərin Almaniyaya axınının qarşısını almağı xahiş edib.Yenifikir.media bildirir ki,Berlindəki Almaniya Ticarət Konqresində çıxış edən Mers qeyd edib ki, Ukraynadan gələn qaçqınlara artıq daha yüksək “vətəndaşlıq pulu” verilməyəcək, bunun əvəzinə İltica Qanunu çərçivəsində daha aşağı sosial yardım ayrılacaq. Məqsəd qaçqınların əmək bazarına daxil olmasını stimullaşdırmaqdır.
Mers deyib ki, gənc ukraynalı kişilərin ölkələrində xidmət etməsi vacibdir və müharibə Almaniyanın təhlükəsizlik və maliyyə siyasətinə ciddi təsir göstərir.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

