Almaniya Kansleri Friedrich Merz Suriya Prezidenti Ahmed Şarayı Almaniyaya dəvət edib. Görüşdə əsasən Suriyalı qaçqınlar və Almaniyada müvəqqəti yaşayan Suriya vətəndaşlarının ölkəyə qaytarılması məsələləri müzakirə olunacaq.
Yenifikir.media-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Almaniya Kansleri Suriyadakı vətəndaş müharibəsinin sona çatdığını və artıq Almaniyaya sığınmaq üçün əsas qalmadığını bildirib. Eyni zamanda Almaniya Suriyanın sabitliyinə dəstək vermək niyyətindədir.
Qeyd edək ki, Şara bundan əvvəl Rusiyanı ziyarət edib və Prezident Vladimir Putin ilə görüşüb.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

