Almaniya kansleri Fridrix Mers bildirib ki, ölkənin mövcud sosial rifah sistemi artıq iqtisadi cəhətdən davam etdirilə bilməz. Onun sözlərinə görə, sosial xərclər sürətlə artır və büdcəni təhlükəyə salır.

2024-cü ildə pensiya və müavinətlər üçün 47 milyard avro xərclənib və bu məbləğin daha da artacağı gözlənilir. Mers həmçinin miqrasiyanın azaldılacağını və biznes üçün əlverişli şərait yaradılacağını açıqlayıb.

Rəqəmlərə görə, Almaniyada pensiya xərcləri ÜDM-in 12%-ni, dövlət borcu isə 62,5%-ni təşkil edir. Kansler hesab edir ki, bu vəziyyət struktur problemlərin həllini zəruri edir.

Sorğular isə göstərir ki, almanların yarıdan çoxu hökumətin iqtisadiyyatı canlandıra biləcəyinə inanmır.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir