Türkiyənin məşhur aktyoru Halil Ergün mənzərəli dörd mərtəbəli evinin qapılarını ilk dəfə “Evrim Akın ilə Ev Gəzintisi” proqramına açıb. Yenifikir.media türk mətbuatına istinadən xəbər verir ki,klassik üslubda bəzədilən evdə çoxlu tablolar, köhnə mebellər və ailə fotoları var. Ergün evin bir hissəsini ailə xatirələrinə həsr edib.
Qeyd edək ki, aktyor evin bir mərtəbəsini rəsmlərinə ayrılıb. Sənətə olan sevgisi evin hər guşəsində hiss olunur.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin