Fənərbaxçanın “Benfika”dan 22,5 milyon avro qarşılığında transfer etdiyi Kerem Aktürkoğlu ilə bağlı maraqlı iddia gündəmə gəlib.
Jurnalist İbrahim Setenin sözlərinə görə, futbolçu ilə iki ayrı müqavilə imzalanıb. TFF-yə təqdim edilən rəsmi müqavilədə Keremin maaşı 1907 TL göstərilsə də, imic hüquqları üzərindən illik 5,8 milyon avro xalis gəlir əldə etdiyi bildirilir. Vergilər daxil ümumi gəlirin 7 milyon avroya yaxın olduğu vurğulanıb.
Məlumatı Fənərbaxçanın iki sabiq rəhbərinin də təsdiqlədiyi qeyd olunub.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin