Ağ Ev ABŞ Prezidenti Donald Trampın profilaktik məqsədlə edilən MR müayinəsinin nəticələrini açıqlayıb. Rəsmi məlumata görə, 79 yaşlı prezidentin ümumi sağlamlıq vəziyyəti “çox yaxşı”dır.Yenifikir.media-nın məlumatına görə Ağ Evin həkimi Şon Barbabella Trampın ürək-damar görüntüləməsinin normal olduğunu, bütün əsas orqanlarının sağlam göründüyünü bildirib.

Qeyd edək ki, “New York Times” qəzeti Trampın əvvəlki prezidentlik dövrü ilə müqayisədə ictimaiyyət qarşısına daha az çıxdığını və iş gününə gec başladığını yazaraq onun “enerjisinin azaldığını” iddia edib. Tramp bu iddiaları rədd edib və yaxın vaxtlarda keçirdiyi testlərin mükəmməl nəticə verdiyini, enerjisində azalma olmadığını bildirib.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir