Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) rəhbərlikdə kadr dəyişikliyi baş verib. Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə elmi işlər üzrə prorektor professor Lətafət Qardaşova və təsərrüfat işləri üzrə prorektor dosent Səyami Hüseynov vəzifəsindən azad olunub.
Universitetin İT Mərkəzinin direktoru dosent Elviz İsmayılov isə elm və innovasiya məsələləri üzrə prorektor vəzifəsini müvəqqəti icra edəcək.
Qeyd edək ki, ADNSU-nun rektoru Rüfət Əzizov 2023-cü ilin sentyabrında Prezident İlham Əliyevin sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib, 2025-ci ildən isə ADNSU-nun rəhbəridir.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin