Sosial şəbəkələrdə “ANC Group” MMC-yə məxsus “Rahat” supermarketlər şəbəkəsinin bağlanacağı barədə iddialar var. Buna səbəb kimi “ANC Group”un iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunan SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadəyə qeyri-rəsmi məxsus olması gətirilir.Məsələni aydınlaşdırmaq üçün Pravda.az “Rahat” supermarketə sorğu ünvanlayıb.

Şirkətdən verilən açıqlama belə olub: ““Rahat” supermarketləri öz fəaliyyətini davam etdirir. Hər şey yolundadır. Bütün kontingent iş başındadır. Marketlərimiz hər zaman müştərilərimizin xidmətindədir. Davam edirik. Bu barədə heç bir sıxıntı yoxdur. Adnan Əhmədzadə məsələsi barədə isə mövqe bildirməyimiz uyğun deyil. Bu, bizi aşan məsələdir”.

Qeyd: MMC-nin qanuni təmsilçisi Samir Rafiq oğlu Abdullayevdir. Şirkətdə 10% paya Babakişiyev Cəlal Rasim oğlu, 90% paya isə ABDA RETAİL İNVESTMENT HOLDİNG LTD malikdir. Ölkədə məşhur “Rahat” supermarket də bu qrupa daxildir.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir