ABŞ Prezidenti Donald Tramp Venesuela və ətraf hava məkanının tam bağlanacağını açıqlayıb. Tramp Truth Social hesabında aviaşirkətlərə və pilotlara bölgəyə uçuşların qadağan edildiyini bildirib.
Qərar Karayib hövzəsində artan ABŞ hərbi aktivliyi fonunda verilib. Vaşinqton narkotik kartellərinə qarşı əməliyyatlar çərçivəsində Venesuela sahillərinə hərbi gəmilər göndərib. Müdafiə naziri Pit Hegset ordunun Venesuelada mümkün əməliyyata hazır olduğunu deyib.
Venesuela Prezidenti Nikolas Maduro isə 4,5 milyon milisin səfərbər edildiyini bildirib və ABŞ-ın addımlarını təhdid kimi qiymətləndirib.
ABŞ-ın bölgədə “narkotik qaçaqmalçılığı” iddiası ilə gəmiləri hədəf alması beynəlxalq tənqid doğurub. USS Gerald R. Ford-un Latın Amerikası bölgəsinə çatdığı xəbər verilib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

