ABŞ donanması Karib dənizinin cənubunda, Venesueladan çıxan və narkotik daşıdığı iddia edilən bir gəmiyə hücum edib. Yenifikir.media xəbər verir ki, prezident Donald Tramp əməliyyat nəticəsində “11 narkoterroristin məhv edildiyini” açıqlayıb.

ABŞ dövlət katibi Marko Rubio da əməliyyatı təsdiqləyərək, gəminin narkotik şəbəkəsinə məxsus olduğunu bildirib.

Xatırladaq ki, Vaşinqton avqustda Venesuela Prezidenti Nikolas Maduronun həbsinə dair məlumat verənlər üçün mükafatı 50 milyon dollara qaldırmışdı. Trampın göstərişi ilə bölgəyə bir sualtı qayıq və yeddi hərbi gəmidən ibarət donanma yerləşdirilmişdi.

Maduro isə ABŞ-ın bu addımına cavab olaraq: “Dənizlərimizi, səma və torpaqlarımızı biz qoruyacağıq”, – deyə bəyan edib.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir