ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Vladimir Putinlə danışıqlardan əvvəl Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitrievlə nahar edib. Görüş 2022-ci ildə Michelin ulduzu almış Moskva restoranında baş tutub.Yenifikir.media bildirir ki, Stiv Uitloff Donald Trampın kürəkəni Cared Kuşnerlə Moskva mərkəzində gəzib, Böyük Teatrı ziyarət edib.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, görüş Moskva vaxtı ilə 17:00-dan sonra keçiriləcək. O, ABŞ-ın Ukrayna böhranında vasitəçilik rolunu “nəticəli” adlandırıb.Rusiya Xarici və Müdafiə Siyasəti Şurasının üzvü Andrey Klimov Kuşnerin səfərini görüşün xüsusi əhəmiyyətinin göstəricisi sayır.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

