Suriyada təhlükəsizlik qüvvələri ilə SDG/YPG arasında baş verən döyüşlərdən sonra atəşkəs əldə olunub. Amma ABŞ-ın yeni açıqlaması yenidən diqqət çəkib.

Yenifikir.media bildirir ki, ABŞ ordusu 2 oktyabrda keçirdiyi əməliyyatda Əl-Qaidə ilə əlaqəsi olan terrorçu Məhəmməd Əbdülvəhhab əl-Əhmədi öldürüb. O, “Ənsar əl-İslam” qruplaşmasının üzvü olub və hücum planlaşdırdığı bildirilib.

ABŞ Mərkəzi Qüvvələr Komandanlığının başçısı (CENTCOM) admiral Bred Kuper deyib ki, ABŞ terrora qarşı mübarizədə hər an hazırdır və müttəfiqlərini qorumağa davam edəcək.

Açıqlamada ABŞ-ın bölgədəki hərbi varlığının həm öz təhlükəsizliyi, həm də tərəfdaş ölkələr üçün vacib olduğu vurğulanıb.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir