ABŞ Senatorunun Xarici Əlaqələr Komitəsi və Suriya üzrə Xüsusi Nümayəndəsi Tom Barrak Suriya səfəri zamanı HTŞ lideri əl-Şara və SDG/YPG lideri Mazlum Abdi ilə görüşlər keçirib. Görüşlərdə SDG/YPG-nin Suriya ordusuna inteqrasiyası üzrə yol xəritəsi müzakirə olunub. ABŞ tərəfi SDG/YPG-nin inteqrasiya prosesini dəstəklədiyini açıqlayıb. Komitənin üzvü Cenn Şahin Abdi ilə prosesi və yol xəritəsini müzakirə edib. Yenifikir.media xəbər verir ki, SDG/YPG hələ görüşlərlə bağlı rəsmi açıqlama verməyib.
Görüşlər zamanı həmçinin regional siyasi və təhlükəsizlik vəziyyəti, sabitliyin təmin edilməsi və terrorla mübarizə mövzuları müzakirə olunub.
Ülkər Tahirqızı
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin