ABŞ Müdafiə Nazirliyi açıqlayıb ki, Donald Trampın təhlükəsizliyi gücləndirmək qərarından sonra 800 Milli Qvardiya üzvü Vaşinqtonda vəzifələrinə başlayıb. Hərbçilər silah daşımırlar, lakin ehtiyac yaranarsa hüquq-mühafizə funksiyalarını yerinə yetirə bilərlər.

Nazirliyin sözçüsü Kingsley Wilson mətbuat konfransında bildirib ki, Trampın qərarı ilə bölgəyə göndərilən 800 Milli Qvardiyanın hamısı təyin olunmuş vəzifə yerlərinə yerləşdirilib və xidmətə başlayıb.

Wilson əlavə edib ki, hərbçilər adi halda silah daşımır və saxlanma kimi hüquq-mühafizə funksiyalarını yerinə yetirmirlər, lakin zərurət yarandıqda bu vəzifələri icra etməyə hazırdırlar.

Donald Tramp Vaşinqtonda təhlükəsizliyi artırmaq və cinayətlərin qarşısını almaq məqsədilə fövqəladə vəziyyət elan edərək şəhər polis idarəsini federal nəzarət altına almaq və Milli Qvardiyanı bölgəyə göndərmək qərarı verib.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir