ABŞ Dövlət katibi Marko Rubio 29 oktyabr Respublika Günü ilə bağlı Türkiyəyə təbrik mesajı göndərib.
Rubio mesajında ABŞ-Türkiyə münasibətlərinin qlobal sülh və təhlükəsizlik üçün vacib olduğunu bildirib. O, Türkiyəni “dəyərli NATO müttəfiqi” adlandırıb və iki ölkə arasında əməkdaşlığın davam edəcəyini vurğulayıb.
Rubio sonda “Güclü tərəfdaşlığımızı daha da möhkəmləndirməyi səbirsizliklə gözləyirik,” – deyə qeyd edib.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

