ABŞ vitse-prezidenti Ceyms Devid Vens Qəzzadakı humanitar böhranla bağlı həll yolları axtardıqlarını, lakin Fələstini tanımaq kimi bir planlarının olmadığını bildirib. Böyük Britaniyanın xarici işlər naziri David Lammy isə İsrail Təhlükəsizlik Kabinetinin son qərarlarının narahatedici olduğunu vurğulayıb.
Ceyms Devid Vens və David Lammy Böyük Britaniyanın Kent bölgəsində yerləşən Chevening House-da görüşüblər. Görüş öncəsi Vens bildirib ki, ABŞ Fələstini tanımaq niyyətində deyil, lakin Qəzzadakı humanitar vəziyyətin yaxşılaşdırılması üçün səylər göstərir.
Britaniyanın Fələstini tanımaq qərarına münasibət bildirən Vens deyib: “Orada fəaliyyət göstərən hökumət olmadığı üçün Fələstin dövlətini tanımaq nə deməkdir, bilmirəm.” O, əsas məqsədlərinin Həmas təhlükəsini aradan qaldırmaq və Qəzzadakı humanitar böhranı yüngülləşdirmək olduğunu qeyd edib.
Vens onu da əlavə edib ki, Prezident Donald Tramp Qəzzadakı vəziyyətdən təsirlənib və ABŞ yardımın çatdırılması üçün aktiv çalışır: “Son 24 saatda bu istiqamətdə bir sıra görüşlər keçirilib.”
İfadə azadlığına dair sualı cavablandıran Vance qeyd edib: “Ən ciddi narahatlıqları Bayden dövründə öz ölkəmdə yaşadım.”
David Lammy isə görüşdə Qəzza, Ukrayna və qlobal təhlükəsizlik məsələlərinin müzakirə olunacağını bildirib. O, təcili atəşkəsin və girovların azad edilməsinin vacibliyini vurğulayıb, İsrailin son qərarlarının ciddi narahatlıq doğurduğunu qeyd edib.
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin