Dünyaca məşhur Politico nəşri xəbər verir ki, Ağ Ev yaxın günlərdə federal idarələrdə kütləvi işdən çıxarmalara başlayacaq. Büdcə idarəsinin direktoru Russell Vout artıq respublikaçılara xəbərdarlıq edib.
Vout bildirib ki, ixtisarlar bir-iki gün ərzində başlayacaq. Hökumət işləməsə, az gəlirli ailələrə yardım dayandırılacaq, oktyabrın 15-dən hərbiçilərin maaşı ödənməyəcək və Nyu-York ştatının infrastruktur layihələrinə vəsait verilməyə bilər.
Senatorlar dövlət idarələrinin maliyyələşdirilməsini təmin edən qanunu qəbul edə bilməyiblər. 60 səs lazım olduğu halda , səsvermədə 55 əleyhinə, 45 lehinə səs verilib.
Hökumətin işi yaxın saatlarda qismən dayandırılacaq, lakin oktyabrın 2-də bərpa oluna bilər. Bunun üçün bir neçə demokratın respublikaçıların təşəbbüsünü dəstəkləməsi lazımdır.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin