Ölkəmizdə səfərdə olan Qazaxıstanın Vahid Yığım Pensiya Fondunun İdarə Heyətinin sədri Janat Kurmanov və Dövlət Sosial Sığorta Fondunun İdarə Heyəti sədrinin müavini Marat Janıbekov rəhbərlik etdikləri nümayəndə heyətləri ilə birlikdə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar.
Qonaqlara Mərkəzin fəaliyyəti barədə məlumat verilib. Mərkəzin direktoru Elnarə Ənsari həssas qruplardan olan şəxslərin yaradıcılıq potensialının inkişaf etdirilməsi, özünüifadə imkanlarının genişləndirilməsi və sosial, psixoloji dəstək xidmətləri ilə təmin olunması barədə danışıb.
Ziyarət zamanı qonaqlar Mərkəzdə yaradılan inklüziv yaradıcılıq mühiti və həssas kateqoriyalardan olan şəxslərin hazırladığı sənət nümunələri ilə tanış olublar. Həmçinin Mərkəzin respublika və beynəlxalq tədbirlərdə uğurla çıxış etdiyi və bölgələrdə inklüzivliyin təşviqi istiqamətində həyata keçirilən layihələr diqqətə çatdırılıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

