Rusiya Prezidenti Vladimir Putin Ukraynada prezident seçkilərinin keçirilməməsini Kiyev hakimiyyətinin legitimliyini itirməsi kimi qiymətləndirib. O deyib ki, “bu şəraitdə Ukrayna ilə saziş imzalamağın mənası yoxdur”.
Putin Bişkekdə KGAÖ zirvəsindən sonra açıqlamasında ABŞ-ın 28 maddəlik sülh planını, Avropa təhlükəsizliyini, gizli Abu-Dabi görüşlərini və müharibənin gedişatını da şərh edib.
O, Avropaya hücum iddialarını “yalan” adlandırıb, BƏƏ-də rus və ukraynalı xüsusi xidmətlərin əsir mübadiləsi ilə bağlı gizli görüşünü təsdiqləyib.
Putin Ukrayna qoşunlarının böyük itkilər verdiyini, Donetskdə rus ordusunun irəlilədiyini və Krasnıyliman bölgəsində üstünlük əldə etdiyini bildirib. O, seçkilərin keçirilməməsini “strateji səhv” adlandıraraq, belə rəhbərliklə razılaşmanın mümkün olmadığını vurğulayıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

