Dekabrın 5-də Bakı şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçiriləcək.
Tədbirdə təşkilata üzv ölkələr – Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan – eləcə də müşahidəçi statuslu ölkələr – Şimali Kipr Türk Respublikası, Macarıstan və Türkmənistan – əmək, məşğulluq və sosial müdafiə sahələrində fəaliyyət göstərən qurumların rəhbərləri və TDT-nin rəsmiləri iştirak edəcəklər.
İclasın əsas məqsədi üzv və müşahidəçi ölkələr arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığı daha da genişləndirməkdir. Tədbirin yekununda Birgə Bəyənnamə imzalanacaq.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

