Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann, müavini Theresa Lünemann və assistenti Xalidə Tağızadə Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Rossmann” mağazalar şəbəkəsinin Mərkəz ofisində qonaq olublar.

Ziyarət çərçivəsində əvvəlcə səfir və nümayəndə heyəti ofisdə iş mühiti ilə tanış olub, daha sonra isə dəyirmi masa formatında görüş keçirilib.

Görüşdə “Rossmann”ın Azərbaycan üzrə Baş direktoru Məmmədqulu Süleymanlı, maliyyə departamentinin müdiri İsmayıl Nəcəfquluzadə, marketinq rəhbəri Rəşad Alxanov və biznesin inkişaf direktoru Əlövsət İsmayılov iştirak edib. VŞQ-nin mətbuat xidməti direktoru Məhəmmədəli Qəribli və korporativ kommunikasiyalar direktoru Sənubər Nəzərova da tədbirdə yer alıb.

Baş direktor Məmmədqulu Süleymanlı qonaqlara Şirkətlər Qrupu və “Rossmann” brendi haqqında ətraflı videotəqdimat edib. Səfir Ralf Horlemann təqdimata və səmimi qarşılanmaya görə təşəkkürünü bildirib. O vurğulayıb ki, Azərbaycanda işə başladığı ilk gün Bakıda “Rossmann” mağazalarını gördükdə böyük qürur hissi keçirib və özünü doğma evdəki kimi hiss edib.

Səfir həmçinin “Rossmann” məhsullarının ölkədə necə qarşılandığını öyrənmək istədiyini bildirib və alman keyfiyyətinin burada geniş şəkildə təqdim olunmasından məmnunluğunu ifadə edib. Horlemann qeyd edib ki, Almaniya istehsalı məhsulların bəzən yüksək qiymətə satılmasına baxmayaraq, “Rossmann” mağazalarındakı münasib qiymətlər onu sevindirib.

Məmmədqulu Süleymanlı isə vurğulayıb ki, bu uğura ölkədə şəffaf biznes mühiti və bərabər rəqabət imkanları sayəsində nail olunub. O əlavə edib ki, VŞQ-nin ümumi strategiyası daha əlçatan qiymətlərlə məhsul təqdim etməkdir və “Rossmann” da bu prinsipi rəhbər tutur.

Görüşün sonunda səfirə Azərbaycan və Almaniya bayraqlarının əks olunduğu xüsusi hədiyyə təqdim olunub və xatirə fotoları çəkdirilib.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir