Azərbaycan Milli teatr və kino tarixinin əfsanəsi, unudulmaz Xalq artisti Amaliya Pənahovanın 80 illik yubileyinə həsr olunmuş “UNUDA BİLMİRƏM AMALİYA PƏNAHOVA” bədii-sənədli filminin Qala təqdimat mərasimi keçirildi.
Milli mədəniyyətimizin inkişafında müstəsna xidmətləri olan, səhnə və ekran yaradıcılığı ilə seçilən böyük aktrisamız Amaliya Pənahovanın həyat və yaradıcılığına həsr olunan film onun sənət yolunun zənginliyini, insaniliyini və sənət fədakarlığını bir daha cəmiyyətə təqdim edir.
Filimin qala gecəsində Milli Məclisin deputatı Günay Ağamalı iştirak edib.
Bu təşəbbüs sənət irsimizin qorunmasına, gələcək nəsillərə ötürülməsinə və Xalq artisti Amaliya Pənahovanın ölməz xatirəsinin daim yaşadılmasına xidmət edir.





© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

