Kremlin sözçüsü Dmitri Peskov mətbuata açıqlayıb ki, Ukraynanın sabah İstanbulda keçirəcəyi danışıqlarda Rusiya iştirak etməyəcək.
“Görüşlərin nəticəsini gözləyəcəyik”, – deyə Peskov bildirib.
O, Fransanın Ukraynaya “Rafale” qırıcıları verməsini tənqid edərək bunun münaqişəni qızışdırdığını deyib.
Peskov qeyd edib ki, Moskva İstanbul görüşü barədə Ukraynadan məlumat almayıb və Rusiya nümayəndələri orada olmayacaq.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

