Avropa Komissiyası (AK) hesab edir ki, əgər münaqişə 2026-cı ildə sona çatsa, Ukraynanın xarici maliyyələşdirmə üzrə ümumi tələbləri 2026–2027-ci illərdə 135,7 milyard avro təşkil edəcək. Bu barədə Politico qəzeti məlumat yayıb.
Məlumat Avropa Komissiyasının üzv ölkələrə rus aktivlərinin müsadirəsini tövsiyə edən məktubunda yer alıb.
Məktubda bildirilir ki, Beynəlxalq Valyuta Fondunun müharibənin 2026-cı ilin sonuna qədər başa çatacağı fərziyyəsi əsasında hazırladığı ilkin proqnozlar və Ukrayna hakimiyyətinin hərbi dəstək proqnozları nəzərə alınaraq, 2026–2027-ci illər üçün qalan maliyyə ehtiyacları ümumilikdə 135,7 milyard avroya bərabərdir.
Sənəddə həmçinin qeyd olunur ki, maliyyə təzyiqləri xüsusilə 2026 və 2027-ci illərdə kəskinləşəcək və Ukraynanın qarşılana bilməyən maliyyə ehtiyacları müvafiq olaraq 70 milyard və 64 milyard avroya çata bilər. Bu vəziyyət müharibənin davam edən intensivliyi, hərbi yardımın azalması, dövlət əsas funksiyalarının davam etdirilməsi və kritik müdafiə və sənaye imkanlarının artırılması ehtiyacını əks etdirir.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

