Noyabrın 17-də Maliyyə Nazirliyində Koreya Fiskal İnformasiya Xidməti ilə birgə “Koreya–Azərbaycan IFMIS Seminarı” təşkil olunub. Seminarın məqsədi maliyyə idarəçiliyinin rəqəmsallaşdırılmasını sürətləndirmək, qabaqcıl beynəlxalq təcrübəni öyrənmək və Azərbaycanda yeni İnteqrəolunmuş Maliyyə İdarəetmə Sistemi (IFMIS) konsepsiyasının hazırlanmasına dəstək göstərməkdir.

Açılışda çıxış edən aparat rəhbəri Natiq Həsənov nazirlikdə aparılan geniş rəqəmsal transformasiya prosesindən bəhs edərək, Prezidentin 25 avqust tarixli fərmanının maliyyə idarəetməsində islahatlar üçün mühüm hüquqi baza yaratdığını vurğulayıb. O, Koreyaya edilən işgüzar səfərin “dBrain+” sistemi üzrə əhəmiyyətli təcrübə qazandırdığını qeyd edib.

Koreya Fiskal İnformasiya Xidmətinin prezidenti Seok Ho Yoon iki ölkə arasında texnoloji həllərin paylaşılmasına dəstək verməyə hazır olduqlarını bildirib.

Seminarda Koreya tərəfi “dBrain+”, “e-Naradoum” subsidiyaların idarəetmə sistemi və Kiber Təhlükəsizlik Mərkəzinin fəaliyyəti üzrə təqdimatlar edib. Azərbaycan tərəfi isə mövcud Rəqəmsal Dövlət İnformasiya Sisteminin strukturu və islahat istiqamətlərini təqdim edib.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir