Asiya İnkişaf Bankının (AİB) yeni prezidenti Masato Kanda və nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan Məhəmmədi Logistika Mərkəzini ziyarət ediblər. Bu mərkəz Cənubi Qafqazın ən böyük logistika obyektlərindən biridir.

Ziyarət zamanı qonaqlar VŞQ rəhbərliyi və şirkətlə əməkdaşlıq edən yerli fermerlərin iştirakı ilə dəyirmi masa formatında görüş keçiriblər. VŞQ-nin təsisçisi və baş icraçı direktoru Aydın Talıbov şirkətin AİB ilə əməkdaşlığından məmnunluğunu ifadə edərək, gələcəkdə bu əməkdaşlığın davam edəcəyini vurğulayıb. O, həmçinin VŞQ-nin 31 illik fəaliyyəti, iqtisadiyyata verdiyi töhfələr və yerli fermerlərlə sıx əməkdaşlığı barədə məlumat verib. A.Talıbov qeyd edib ki, şirkət insan kapitalının inkişafına xüsusi önəm verir və hər il təxminən 3 min yeni iş yeri yaradır.

VŞQ-nin Maliyyə Nəzarəti və Xəzinədarlıq direktoru Fərahim Hacıyev qonaqlara şirkətin nailiyyətləri, real göstəriciləri və gələcək planları haqqında təqdimat edib.

AİB prezidenti Masato Kanda səmimi qarşılanmaya görə təşəkkürünü bildirib və təqdimatdan razılığını ifadə edib. O, Azərbaycanın Asiya və Avropa arasında strateji birləşdirici rolunu gücləndirdiyini, yeni nəqliyyat dəhlizləri, bərpa olunan enerji layihələri və iqtisadi diversifikasiya sayəsində ticarət və regional əməkdaşlıq üçün yeni imkanların yarandığını vurğulayıb. Kanda bildirib ki, AİB Azərbaycanda fəaliyyət göstərən özəl sektorla da yaxından əməkdaşlıq etməkdə maraqlıdır.

Qonaqlar üçün Məhəmmədi Logistika Mərkəzində infotur təşkil olunub. Mərkəzin rəhbəri Anar Adilzadə təqdimat edib, iştirak edən yerli fermerlər isə VŞQ və onun biznesləri ilə əməkdaşlıqdan məmnunluqlarını bildiriblər. Tədbirin sonunda xatirə fotoları çəkdirilib və Aydın Talıbov Masato Kandaya xüsusi hədiyyə təqdim edib.

Qeyd edək ki, 2024-cü ildə AİB və VŞQ-nin “Araz” Supermarketlər Şəbəkəsi arasında Azərbaycanda kənd təsərrüfatının inkişafını və ərzaq təhlükəsizliyini dəstəkləmək məqsədilə 10,5 milyon ABŞ dolları həcmində (10 milyon kredit, 0,5 milyon qrant) saziş imzalanıb.

Masato Kanda səfərin yekununda ölkədəki mühüm görüşlər və VŞQ ilə təmas barədə fotoları şəxsi sosial şəbəkə hesablarında paylaşaraq məlumat verib.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir