Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, noyabrın 15-i və 16-da ölkə ərazisində ümumilikdə 63 yeni cinayət faktı qeydə alınıb, həmçinin əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması təmin edilib.
Hesabat dövründə axtarışda olan ümumilikdə 67 nəfər saxlanılaraq aidiyyəti qurumlara təhvil verilib. Onlardan 34-ü borclu şəxs qismində axtarışda olanlardır.
Eməliyyatlar zamanı narkotiklərlə bağlı 21 fakt, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı isə 10 fakt müəyyən edilib.
Nazirlik bildirir ki, cinayət törətməkdə şübhəli bilinən 53 şəxs də polis əməkdaşları tərəfindən saxlanılıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

