“Qalatasaray” Mauro İcardinin gələcəyi ilə bağlı qərarını verib. Müqaviləsi 2026-cı ilin iyununda bitəcək argentinalı hücumçunun komandada qalması planlaşdırılır.
Zədəsini sağaldan ulduz futbolçu yenidən ailəsinin İstanbulda rahat yaşaması və klubla qurduğu güclü bağ səbəbi ilə karyerasını Türkiyədə davam etdirmək istəyir.
Yenifikir.media xarici mənbələrə istinadən bildirir ki, klub rəhbərliyi yaxın günlərdə İcardi ilə yeni müqavilə danışıqlarına başlayacaq.
Klubdan bildirilib ki, “Qalatasaray” İcardinin ara transfer dönəmində başqa komandalarla ön müqavilə imzalamasına icazə verməyəcək. Klub ulduz hücumçunun komandada qalmasını təmin etməkdə israrlıdır.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

