Fövqəladə Hallar Nazirliyi uşaqların təhlükəsizliyinə diqqət yetirməyin vacibliyini bir daha xatırladır. Nazirliyin məlumatına görə, bəzi valideynlərin laqeydliyi nəticəsində azyaşlılar təhlükəli və köməksiz vəziyyətlərlə üzləşirlər.
Yalnız noyabrın ilk 13 günü ərzində Nazirliyin xilasediciləri 22 uşağı təhlükədən xilas edib və onları ailələrinə təhvil verib. Təhlillər göstərir ki, bu halların əsas səbəbi uşaqların nəzarətsiz qalmasıdır – xüsusilə mənzillərdə, eyvanlarda, küçədə və digər məkanlarda tək qalmaları.
Valideynlərdən xahiş olunur ki, elektrik və qaz cihazları, ağır əşyalar, kimyəvi maddələr, kəsici alətlər, açıq pəncərə və eyvanlar kimi təhlükəli obyektləri uşaqların əli çatmayacaq şəkildə saxlasınlar. Eyni zamanda, uşaqların lift, həyətyanı sahə, küçə və avtomobildə nəzarətsiz qalmamasına xüsusi diqqət yetirilsin.
FHN valideynləri uşaqların təhlükəsizliyinə diqqət göstərməyə və onları nəzarətsiz qoymamağa çağırır.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

