Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi və Daxili təhlükəsizlik baş idarəsi tərəfindən “Dövlət vergi orqanlarında etik davranış qaydaları, məlumat təhlükəsizliyi, maraqların toqquşması və korrupsiyaya qarşı mübarizə” mövzusunda onlayn təlim təşkil edilib. Təlimə 218 vergi xidməti əməkdaşı qatılıb.

Bundan əlavə, 2025-ci ilin ötən dövründə Tədris Mərkəzində keçirilən “Peşə fəaliyyətinin ümumi əsasları” təlimləri çərçivəsində 4 sessiyada “Korrupsiyanın anlayışı, təzahür formaları və ona qarşı mübarizə tədbirləri” mövzusu işıqlandırılıb. Ümumilikdə 84 əməkdaş bu təlimlərdə iştirak edib.

Təlimlər “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın tədbirlərinə uyğun olaraq, dövlət və bələdiyyə təşkilatlarının əməkdaşlarını korrupsiya riskləri barədə maarifləndirmək və vergi ödəyicilərini vergidən yayınma hallarında məsuliyyət mövzusunda məlumatlandırmaq məqsədi daşıyır.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir