Prokurorluq orqanlarında vakant vəzifələr üzrə keçirilən 27-ci müsabiqənin yazılı imtahan mərhələsinə start verilib.

Baş Prokurorluğun Müsabiqə Komissiyasının sədri, baş prokurorun müavini Heydər Məmmədov imtahanın açılışında bildirib ki, bu mərhələdə birinci turu keçmiş 171 namizəd iştirak edir.

Onun sözlərinə görə, müsabiqə yolu ilə prokurorluğa qəbul edilən hüquqşünasların böyük hissəsi bu gün artıq rəhbər vəzifələrdə çalışır, rayon və şəhər prokuroru kimi xidmət edir və dövlət başçısı tərəfindən ali xüsusi rütbələrlə təltif olunublar.

Heydər Məmmədov vurğulayıb ki, hazırda 50 ştat vahidi üzrə müsabiqənin ikinci turu keçirilir. O qeyd edib ki, gənc hüquqşünasların bu sahədə irəli çəkilməsi və əldə etdiyi nailiyyətlər Prezident İlham Əliyevin həyata keçirdiyi Uğurlu və Rezultativ Gənclər Siyasətinin bariz göstəricisidir.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir