Dünya futbolunun əfsanəsi Lionel Messi “Barselona”nın yenilənmiş “Kamp Nou” stadionunu ziyarət edib.
Ulduz futbolçu səfərdən sonra sosial şəbəkə hesabında yazıb: “Ruhumla darıxdığım yerə qayıtdım. Bu yer məni hər zamankından daha xoşbəxt etdi.”
Yenifikir.media xəbər verir ki, 8 dəfə “Qızıl top” mükafatını qazanan Messi gələcəkdə “Barselona”ya qayıtmaq istədiyini bildirib:
“Ümid edirəm, bir gün geri dönə bilərəm və bu, sadəcə vidalaşmaq üçün olmaz.”
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

